10:32 25.05.2013 1095

Azərbaycanlı hücumçular niyə qol vura bilmir?- ARAŞDIRMA


Futbol üzrə Topaz Premyer Liqasında 2012-2013-cü il mövsümü azərbaycanlı hücumçuların “dişsizliy”i ilə daha çox yadda qaldı. Mövsümün ən sərrast oyunçuları siyahısında yerli forvardlar nəinki 10-luğ”a, “heç 18-liy”ə düşə bilmədilər.

Bu isə qolçu adlandırdığımız futbolçularımızın hətta bir oyun üçün açıqlanan sifariş ərizəsinə düşməyə belə hazır olmadığını göstərdi. Halbuki onların əksəriyyəti 32 tur ərzində yetərincə şans qazanmışdılar. Lent.az “dişsizliy”in səbəbini üzə çıxarmaq üçün araşdırma aparıb...

Qolçu “11-lik”

Peşəkar Futbol Liqasının rəsmi saytına nəzər saldıqda Premyer Liqanın ikinci dövrəsinə sifariş olunan oyunçulardan hücumçu ampluasında üst-üstə 22 oyunçunun yer aldığını görürük. Mövsüm boyunca dərc edilən protokollara əsasən, 32 tur ərzində ən çox qol vuran forvardımız “Qarabağ”da çıxış edən Vüqar Nadirov olub. O, 28 oyunda cəmi 5 (?) dəfə fərqlənib. Amma Nadirov eyni sayda qol vuran Cavid İmamverdiyev, Rəşad Sadiqov (hər ikisi “Neftçi”), Ruslan Tağızadə, Cavid Tağıyevdən (hər ikisi AZAL) çox, Rəşad Abdullayevlə (“Qəbələ”) bərabər sayda matça çıxıb. Üstəlik, digər 4 həmyerlimiz çempionata hücumçu mövqeyində sifariş olunmayıb.

22 hücumçumuzun qol statistikası belədir:

“Qarabağ” (sifariş etdiyi 8 hücumçusundan 5-i yerli olub): Vüqar Nadirov (28 oyun – 5 qol - 1987), Vaqif Cavadov (24 oyun – 3 qol - 1989), Elnur Abdulov (6 oyun - 1992), Tural İsgəndərov (3 oyun - 1992), Təmkin Xəlilzadə (oynamayıb - 1993)

“İnter” (8 - 1): Ramil Mansurov (5 oyun – 2 qol - 1993)

“Neftçi” (5 - 3): Emin Mehtiyev (19 oyun - 1992), Kamil Nurəhmədov (3 oyun - 1991), Elşən Abdullayev (3 oyun - 1992)

“Simurq” (5 - 3): Murad Səttarlı (30 oyun – 2 qol - 1992), Bəxtiyar Soltanov (11 oyun “Kəpəz”də + 3 oyun “Simurq”da – 2 qol - 1989), Qafar Qafarov (oynamayıb - 1990)

“Kəpəz” (5 - 3): Fərid Quliyev (13 oyun “Turan”da + 12 oyun “Kəpəz”də – 3 qol - 1986), Elxan Əzizov (20 oyun – 1 qol - 1989), Ravil Müslümov (6 oyun - 1992)

“Xəzər Lənkəran” (5 - 0)

“Sumqayıt” (4 - 2): Orxan Əliyev (17 oyun – 4 qol - 1995), Sabir Allahquliyev (25 oyun – 2 qol - 1988)

“Bakı” (4 - 2): Rauf Əliyev (18 oyun “Qarabağ”da + 11 oyun “Bakı”da – 2 qol - 1989), Nurlan Novruzov (15 oyun – 3 qol - 1993)

“Qəbələ” (4 - 1): Amil Yunanov (5 oyun - 1993)

AZAL (4 - 2): Orxan Həsənov (16 oyun - 1991), Elşən Məmmədov (4 oyun - 1980),

“Rəvan” (3 - 0): yoxdur

“Turan” (1 - 0): yoxdur

Statistikadan da göründüyü kimi, hücumçularımızın cəmi 11-i qol vurmağa müvəffəq olub ki, bu da sifariş olunanların yarısı deməkdir. Vüqar Nadirovun ən yaxın izləyicisi Orxan Əliyev 4, sonrakı yerlərdəki Vaqif Cavadov, Fərid Quliyev, Nurlan Novruzov hərəyə 3, Ramil Mansurov, Murad Səttarlı, Bəxtiyar Soltanov, Rauf Əliyev, Sabir Allahquliyev hərəyə 2, Elxan Əzizov isə 1 qol vurub. Qalan 11 oyunçu isə mövqeyi hücumçu göstərilməsinə baxmayaraq, qola həsrət qalıb. “Xəzər Lənkəran” və “Rəvan” mövsüm boyunca, “Turan” isə mövsümün ikinci yarısında, daha dəqiqi 18-ci turdan sonra yerli hücumçu sifariş etməyib. Qalan 9 klubdan Elnur Abdulov, Tural İsgəndərov, Emin Mehtiyev, Elşən Abdullayev, Kamil Nurəhmədov, Ravil Müslümov, Amil Yunanov, Orxan Həsənov və Elşən Məmmədov oyunlara çıxdıqları halda qol vura bilməyiblər. Təmkin Xəlilzadə ilə Qafar Qafarova isə ümumiyyətlə şans verilməyib.

“Geriyə addımla, marş!”

Belə acınacaqlı statistikaya əvvəlki 19 Azərbaycan çempionatının heç birində rast gəlinməyib. Düzdür, ötən mövsüm də heç bir futbolçumuz “10-luğ”a düşə bilməyib. Amma hər halda Rəşad Abdullayev “Neftçi”nin oyunçusu kimi 7, Əfran İsmayılov isə “Qarabağ”ın heyətində 6 qolla 11-ci və 12-ci yerlərdə qərarlaşıblar. İndiyədək cəmi 6 mövsümün ən yaxşı bombardiri əcnəbilər olub. Gürcüstanlı Badri Kvaratsxeliya “Şəmkir”də, kot divuarlı Yakuba Bamba “Karvan”da, uruqvaylı Valter Quqlemon “İnter”də, gürcüstanlı Georgi Adamiya “Qarabağ”da, özbəkistanlı Bahodir Nasimov və çilili Nikolas Kanales isə “Neftçi”də ikən ən məhsuldar hücumçu sayılıblar. Bu mövsüm çox az sayda fərqlənən hücumçularımızdan Rauf Əliyev 2010-2011-ci il mövsümündə “Qarabağ”ın üzvü kimi 10 qolla 4 – 6-cı yerləri bölüşdürüb, Sabir Allahquliyev “Gəncə”nin heyətində 9 qolla 7-ci yeri tutub, Fərid Quliyev isə hətta 2009-2010-cu il mövsümündə artıq mövcud olmayan “Standard”ın heyətində 16 qolla bombardir olub.

Bütün bunlar bir tərəfdən bombardir yerli futbolçuların sıradan çıxmasının, digər tərəfdən onların məhsuldarlığının xeyli azalmasının aşkar göstəriciləridir. Hücumçuların “dişsizliy”i Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki qol sayında da əksini tapıb. Təsadüfi deyil ki, F qrupunda yer alan millimiz 6 oyuna cəmi 2 qol vura bilib. Bu göstəricidə yığmamız 6 komanda arasında Lüksemburqla birgə son 2 pilləni bölüşür. Qollardan isə cəmi 1-i hücumçumuzun – mövsüm ərzində “Qarabağ”ı “Bakı”ya dəyişən Rauf Əliyevin aktivindədir.

Ekspertlər nə deyir?

Ramin Musayev Lent.az- açıqlamasında deyir ki, sSəbəb jurnalistlərin yerli hücumçuları çox tərifləmələridir. “Siz onları tənbeh etmək əvəzinə tərifləyirsiniz. Hücumçular da özlərini ulduz hiss etməyə başlayırlar. Bundan sonra məşqlərə biganə yanaşır, nizam-intizamı pozur, evə gecə saat 3-də qayıdırlar. Fikrimcə, yerli hücumçuları futbolçu karyeralarını bitirdikdən sonra tərifləmək lazımdır”.

Futbol veteranı Nazim Əliyev isə başqa cür düşünür: “Bunun bir çox səbəbi var. Klublar legioner hücumçulara üstünlük verirlər. Yerliləri isə gah ehtiyatda saxlayır, gah da sırf mərkəz hücumçusu mövqeyində oynadırlar. Məsələn, Vüqar Nadirov cinah hücumçusu kimi oynayır. Xaqani Məmmədov 2007-2008-ci il mövsümündə bombardir olduqdan sonra “İnter”də ehtiyatda saxlanıldı. Nəticədə o, qolçuluq bacarığını nümayiş etdirə bilmədi. Klublarımız legionerlər qol vuranda yerlilərə etimad göstərmirlər. Bununla yerli hücumçuların tərəfini saxlamaq niyyətində deyiləm. Bəzi hücumçularımızda işlərinə peşəkar yanaşma yoxdur. Onlar futboldan yalnız varlanmaq üçün yararlanırlar. Çox az oyunçumuz var ki, karyera üçün çalışır. Amma I divizionda, əvəzedici heyətdə yaxşı hücumçular var və onların gələcəkdə Premyer Liqada da uğurlu olacaqlarına inanıram”.

“apasport.az” saytının müxbiri Mehman Süleymanovun fikrincə, hər komandada 20-dən çox futbolçu olduğundan, onların hamısı oyuna sifariş olunan “18-liy”ə düşə bilməzlər. “Ancaq bu gün legionerlər daha çox heyətdə yer alırsa, bu, səviyyə fərqindən irəli gəlir. Heç bir baş məşqçi güclü futbolçunu kənarda qoymaz. Hər halda, nəticəyə ilk növbədə o, cavabdehdir və zəif olan yerli futbolçunu oynatmağa risk etməz. Üstəlik, legioner limiti olduğundan, yaxşı yerli futbolçu ən pis halda “18-lik”də olmalıdır. Ancaq limit olduğundan, ehtiyac duyulan yerli futbolçunun adı iştirak ərizəsinə də düşmürsə, günahı ilk növbədə özündə axtarmalıdır”.

Futbol fanatı Fərda Xudaverdiyev isə deyir ki, səbəb klublarımızın düzgün transfer siyasətinin nəticəsidir. “Artıq klublar səviyyəli əcnəbi futbolçuları dəvət edirlər, bu da futbolçularımızda məyusluq yaradır. Ona görə də çay evlərində qəlyan çəkib dərdlərini dağıtmağa çalışırlar”.

idman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X