00:20 09.10.2014 203

"Uşaqlarımız məşqlərə məsuliyyətsiz yanaşır"

"Bakı"nın idman direktoru Torsten Spittlerin köməkçisi və klubun əvəzedici heyətinin baş məşqçisi Məqsəd Yaqubəliyevin müsahibəsi


- İki aydı ki yeni mövsümə hazırlıqlar başlayıb. Hazırkı vəziyyətdə akademiyanın işini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi maliyyə çətinlikləri səbəbindən komandalarımızın yığışaraq çempionatlara hazırlaşmasında xeyli gecikdik. Futbolda hazırlıqsız komanda üçün çempionata başlamaq çox çətin olur. Sevindirici haldı ki, akademiyamızı təmsil edən komandalar ilk turlarda zəif təsir bağışlasa da, tədricən toparlandılar. Klubun köklü olması, ənənələrə əsaslanmasından irəli gələrək rastlaşdığımız kritik vəziyyətdən çıxmağı bacardıq. Bunu əvvəlcə əsas komandamızın ilk oyunları ilə bugünkü çıxışı arasında fərq sübuta yetirir. Biz məşqçilərimizin savadına inanırıq. Hər həftə almaniyalı idman direktorumuzun rəhbərliyi altında məşqçilərin savadının artırılması məqsədi ilə onlara bir sıra mövzularda seminarlar keçirik. UEFA-nın məşqçilərlə bağlı ən son tövsiyyələrini onlara çatdırırıq. Bu artıq ənənə halını alıb. Bundan başqa hər bir məşqçi öz keçirdiyi məşqlərin təhlilini aparır və bu barədə hesabat verir. Yaş qrupları üzrə bütün məşqlərə ciddi nəzarət edirik. Problemlərimiz da var. Narahatedici məqamlardan biri də uşaqlarımızın məşqlərə məsuliyyətsiz münasibətidi. Bu istiqamətdə tədbirlər görürük.


- Əvəzedicilərdə işləriniz necə gedir. Əsas heyətə yeni namizədlər kimlərdi?

- Əvəzedilərin qarşısında iki vəzifə qoyulub. Birincisi gənclərin yetişərək əsas heyətdə oynaması, digəri isə əsas heyətdə zədə və ya cəza səbəbindən oyun praktikası olmayan futbolçuların yenidən formaya düşməsi üçün oynamasıdı. Hər iki istiqamətdə işlər sintez halında yerinə yetirilir. Biz nəticəni önə çəkmirik. Əsas qarşıya qoyulan vəzifələrin icrasıdı. İşlər düzgün gedirsə, uğurlu nəticə də mütləq olacaq. Əsas komandaya namizədlərə gəlincə, Umar Akmurzayev, Azamat Qazayev, Yusup Xakimov və Renat Ağaverdiyev yaxın vaxtlarda öz adlarından söz etdirə biləcəklər. Onlar əsas komandaya real namizədlərdi.


- Son turlarda “Bakı” əvvəlcə “Araz Naxçıvan”a, sonra isə iddialı “Simurq”a qalib gəlməklə Premyer Liqaya layiq klub olduğunu göstərdi. Bu mövsüm nə gözləmək olar?

- Rəhbərliyin diqqəti nəticəsində “Bakı” gəncləri futbola bəxş etməkdə davam edir. Ötən turda Mahir Mədətov və Valeh Seyidovun çempionatda debütü bizi çox sevindirdi. Onların arxasıyca Ülvi Süleymanov, Nicat Əsgərov, Aydın Mustafazadə və s. gənclərın də tezliklə meydana çıxaraq özlərini göstərəcəklərinə inanırıq. Bu gün “Bakı” fiziki və texniki hazırlıq səviyyəsinə görə heç bir komandadan geri qalmır. İlk turlardan fərqli olaraq komanda bəzi kompanentlərdə rəqiblərindən daha üstündü. Unutmayaq ki, onlar bizdən bir ay, ay yarım öncə hazırlıqlara başlamış, əksər klublar isə təlim-məşq toplanışlarını ölkə xaricində keçirmişdilər. Akademiyanın önəmi burada da özünü göstərir.


- Akademiyanın yetirmələrinin bəziləri digər Premyer Liqa klublarında top qovmaqdadı...

- Bu bizi çox sevindirir. “Simurq”da Vadim Abdullayev və Vüqar Mustafayev, “Qarabağ”da Namiq Ələsgərov, Şəhriyar Əliyev və Hacı Əhmədovun, eləcə də “Xəzər Lənkəran”da çıxış edən Elşən Rzazadənin futbolçu kimi yetişməsində “Bakı”nın xüsusi rolu olub. Türkiyədə çıxış edən Rəhman Hacıyevi də yaddan çıxarmayaq. Digər klublarda da vaxtilə burada çıxış etmiş və ya klubun yetirməsi olmuş futbolçularımız var. Bütün bunlar klubun gənclər siyasətinin, məşqçilərin işinə peşəkar yanaşmalarının, akademiyada işlərin düzgün qurulmasının nəticəsidi. Onların sayı ildən ilə daha da artacaq.


fcbaku.com

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 May 2025
01:22

İspaniya La Liqası: Son oyunda "Barsa" da "partladı", "Atletiko" da

01:10

"Fənərbağça" Avroliqanın qalibi oldu

01:04

İtaliya A Seriyası: 2024/2025 mövsümü yekunlaşdı

00:33

Türkiyə Super Liqası: "Beşiktaş" öz meydanında uduzdu

00:23

DÇ: Türkiyə millisi qrupdan çıxa bilmədi

25 May 2025
23:40

İPL: 2024/2025 mövsümünə yekun vuruldu

23:08

Baxşıyevə müqavilə təklif edilməyib: "Burada olsam da, olmasam da..."

22:48

"Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir" - Rəşad Sadıqov

22:24

"Mançester Yunayted" 3 futbolçusu ilə əməkdaşlığa son qoydu - RƏSMİ

21:39

"Rəqiblər bizə qarşı müdafiədən oynayırlar" - Elşad Quliyev

21:28

MPL-də mövsüm bitdi: Qərb derbisində darmadağın, "Zirə" "Araz-Naxçıvan"ı yendi

20:43

Azərbaycan triatlonçularından "qızıl" və "gümüş"

20:26

DÇ: Azərbaycan millisi qrup lideri qismində 1/8 finala yüksəldi

19:37

Kurban Berdiyev 4:0-ı belə dəyərləndirdi

19:09

Azər Bağırov "Kəpəz"dən getdi: "Oyunun nəticəsi başlamamışdan bəlli idi"

18:22

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

17:56

Azərbaycan millisi Avropa Superfinalına vəsiqə qazandı

17:28

Amorim Fernandeşin MY-dən gedəcəyi ilə bağlı məlumatlara belə münasibət bildirdi

16:39

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

16:13

"Şamaxı"nın kapitanı karyerasını bitirdi

15:56

Xulian Alvaresin taleyinin necə olacağı bilindi

15:25

"Sumqayıt" rekordunu təkrarladı

14:52

De Bröynenin yeni klubu da açıqlandı, maaşı da

14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

Facebookdan bizi izləməyi unutmayın.
X