"Qarabağ" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar komandaya verilən 3 günlük fasilədən sonra məşqlər başlayıb.
Milli komandalara yollanan futbolçulardan başqa, Danilo Dias və Cumbinyo zədə səbəbindən hazırlıqdan kənar düşüb. Baş məşqçi Qurban Qurbanov "Qəbələ" ilə oyununun hazırlıqlarına əvəzedici heyətdən bir neçə futbolçu cəlb edib.
Fanat.az