Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Qəbələ" və AZAL yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Qəbələdə baş tutan oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı meydan sahiblərinin üzvü Adrian Ropotan açıb. Amma əzmkarlıq nümayiş etdirən Tərlan Əhmədovun komandası Rəşad Abdullayevlə Freddi Mombonqonun qolları sayəsində qələbə qazanmağı bacarıb.
Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın IV turunda AZAL-ı qəbul edib və 1:2 hesabı ilə uduzub. Meydan sahiblərindən Cavid Hüseynov (penalti), qonaqlardan Rəşad Abdullayev (penalti) və Kərim Diniyev fərqlənib. Bu AZAL-ın 2014-cü ildə ilk qələbəsi olub. "Təyyarəçilər" 20 oyundan sonra qələbə sevinci yaşayıb.
Fanat.az