I divizionda çıxış edən "Turan-T"nin adı dəyişdirilib. Fanat.az xəbər verir ki, bununla bağlı müvafiq sənədləri Peşəkar Futbol Liqasına təqdim edən klub VII turdan etibarən "Turan Tovuz" adı ilə fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Tovuz klubu "Turan" adı ilə 1994-cü ildə Azərbaycan çempionu olub, 1995-də gümüş, 1992 və 1993-cü illərdə bürünc medalları qazanıb.
Fanat.az