Azərbaycan millisi bu gün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığmasının qonağı olacaq. Fanat.az xəbər verir ki, İtaliya mətbuatı hər iki komandanın start heyətlərini açıqlayıb.
Həmkarlarımızın fikrincə, Berti Foqts qapını həmişəki kimi Kamran Ağayevə tapşıracaq. Müdafiənin sağında Maksim Medvedev, solunda Ufuk Budaq oynayacaq. Mərkəzdə Elvin Yunuszadə və Bədavi Hüseynov yer alacaq.
Alman çalışdırıcı yarımmüdafiə xəttində dəyişiklik edəcək. Baş məşqçi Ruslan Abışovun yoxluğunda Rahid Əmirquliyevə şans verəcək. Mərkəzdə onunla yanaşı Qara Qarayev də yer alacaq. Yarımmüdafiənin sağ cinahında Araz Abdullayev, solunda Dmitri Nazarov oynayacaq. Foqts hücum xəttində Rauf Əliyevlə Rüfət Dadaşova şans verib.
İtaliya yığmasının baş məşqçisi Antonio Kontenin start heyəti isə belə olacaq: Canluici Buffon, Andrea Rannokya, Kristian Bonuççi, Corcio Kyellini, Alessandro Florentsi, Matteo Darmian, Andrea Pirlo, Klaudio Markiziyo, Manuel Paskual, Simone Zaza, Çiro İmmobile.
Fanat.az