AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan milli komandası səfərdə meydana çıxıb.
Yığmamızın rəqibi İtaliya olub. Palermodakı Renzo Barbera stadionunda keçirilən qarşılaşmada 3 qol qeydə alınıb. Hesabı 44-cü dəqiqədə Corcio Kyellini açıb. 77-ci dəqiqədə italyanları məyus edib millimizi sevindirən bu futbolçu avtoqol müəllifi olaraq bərabərliyi təmin edib. Lakin meydan sahiblərinin bu "fədakarlığı" da Berti Foqtsun səfərdə İtaliya ilə heç-heçə edib qəhrəmana çevirilməsinə imkan verməyib. Belə ki, Kyellini 82-ci dəqiqədə günahını yuyaraq qələbə qolunu vurub.
Qeyd edək ki, İtaliya və Azərbaycan milliləri bundan əvvəl AVRO-2004-ün seçmə mərhələsində qarşılaşıb. Bakıda 2:0 hesablı qələbə qazanan italyanlar evdə darmadağına sevinib - 4:0. Həmin vaxt bu komandaya oynamış futbolçulardan yalnız Rəşad Sadıqov bu dəfə də meydana çıxıb. İtaliyada isə Canluici Buffon və Andrea Pirlo yenidən komandamıza qarşı oynayıb.
Onu da qeyd edək ki, millimiz ilk oyunda Bolqarıstana 1:2 hesabı ilə yenilib. Bu gecə H qrupunda daha iki oyun baş tutub. Novreç Maltanı 3:0, Xorvatiya Bolqarıstanı 1:0 hesabı ilə yenib.
AVRO-2016
Seçmə mərhələ
H qrupu
10 oktyabr
İtaliya - Azərbaycan 2:1
Qollar: Corcio Kyellini, 44; 82 - Corcio Kyellini, 77 (avtoqol).
İtaliya: 1. Canluici Buffon (k), 2. Mattia De Skiqlio, 3. Corcio Kyellini, 7. Simone Zaza, 8. Klaudio Markiziyo, 9. Çiro İmmobile, 13. Andrea Ranoççia, 15. Alessandro Florentsi (10. Sebastian Covinko, 77), 19. Kristian Bonuççi, 20. Matteo Darmian (6. Antonio Kandreva, 81), 21. Andrea Pirlo (14. Alberto Aquilani, 73).
Ehtiyat oyunçular: 12. Salvatore Siriqu, 16. Mattia Perin, 4. Angelo Oqbonna, 5. Marko Verratti, 11. Andrea Poli, 17. Qraziano Pelle, 18. Marko Parolo, 22. Mattia Destro, 23. Manuel Paskual.
Baş məşqçi: Antonio Konte.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Elnur Allahverdiyev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 8. İlkin Qırtımov (3. Rasim Ramaldanov, 46), 10. Rüfət Dadaşov (16. Cavid Hüseynov, 59), 11. Rauf Əliyev, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 19. Rahid Əmirquliyev (17. Vüqar Nadirov, 86).
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahət Ağayev, 4. Elvin Yunuszadə, 9. Məhəmməd Qurbanov, 15. Ağabala Ramazanov, 20. Ufuk Budak, 21. Taşkın İlter, 22. Tərlan Quliyev,
Baş məşqçi: Berti Foqts.
Sarı vərəqələr: Andrea Pirlo, 33. Simone Zaza, 87 - Rüfət Dadaşov, 12. Rəşad Sadıqov, 84.
Hakimlər: Hüseyn Göçek, Mustafa Emrə Eyisoy, Orkun Aktaş, Serkan Ok (Türkiyə).
Əlavə köməkçi hakimlər: Mete Kalkavan, Hakan Ceylan (Türkiyə).
Hakim-inspektor: Alan Freland (Şotlandiya).
UEFA nümayəndəsi: Tis Roland (Belçika).
Palermo. Renzo Barbera stadionu.
1 | İtaliya | 2 | 2 | 0 | 0 | 4:1 | 6 |
2 | Xorvatiya | 2 | 2 | 0 | 0 | 3:0 | 6 |
3 | Norveç | 2 | 1 | 0 | 1 | 3:2 | 3 |
4 | Bolqarıstan | 2 | 1 | 0 | 1 | 2:2 | 3 |
5 | Azərbaycan | 2 | 0 | 0 | 2 | 2:4 | 0 |
6 | Malta | 2 | 0 | 0 | 2 | 0:3 | 0 |
Fanat.az