"Fənərbaxça" Arda Turanı transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, İstanbul klubunun prezidenti Aziz Yıldırım bu məqsədlə futbolçuya sözükeçən şəxsləri araya salıb.
Hətta "Fənərbaxça" prezidenti "Arda gəlməyi qəbul etsə, transferi üçün lazım olan qədər pul xərcləməyə hazıram" deyib.
Aziz Yıldırımın futbolçunu razı salmağı xahiş etdiyi şəxslərdən biri Emre Belezoğludu. Onun Arda ilə çox yaxşı münasibətləri var. "Başakşəhər"in kapitanı artıq Ardaya zəng edərək "Fənərbaxça"ya gəlməkdən qorxma. Bu camiə sənə qucaq açacaq" deyib.
Qeyd edək ki, Emre də Arda kimi "Qalatasaray"ın yetirməsidi. O, sonradan "Fənərbaxça"ya keçib.
Fanat.Az