11:28 11.10.2014 520

Hakim və baş məşqçi döyüldü -Azərbaycanda

Dünən I Divizionda keçirilən "Energetik" - "Zirə" matçı qalmaqalla, dava-dalaşla yadda qalıb. Fanat.az xəbər verir ki, matça baş hakim Teymur Fərhadov damğasını vurub. Fərhadov son 2 turda yenilən debütantın birinci yarıda təmiz penaltisini verməyib. Sağ cinahdan Aslan Hüseynovun asmasını qəbul edən Vüqar Əsgərovun formasından dartan və yerə yıxan müdafiəçiyə görə «Energetik»in qapısına penalti təyin edilməli olsa da, referinin fiti susub. Bundan savayı heç nəylə yadda qalmayan «Zirə»lilər ikinci hissəyə də pis başlayıb. Əzmkarlıqda zəif rəqibinə uduzan komanda hücum qurmaqda çətinlik çəkib. Tez-tez top itkilərinin müşahidə olunduğu bu dəqiqələrdə «Energetik»in meydanın hər qarışı uğrunda sərt mübarizəsini qeyd etməliyik.

 

 

Turnir cədvəlinin son pilləsinə dəmir atan «işıqçılar» 65 dəqiqə ərazi üstünlüyünü əlindən verməyib. Mərkəzdə kobudluğa görə ikinci sarı vərəqə alan oyunçusunun meydandan qovulmasından sonra azlıqda qalan ev sahibləri müdafiəyə çəkilib və «Zirə» belədə nisbətən özünə gəlib. Əsəblər axır 20 dəqiqədə tarıma çəkilib. Əllə oyuna görə penaltisi yenə verilməyən qəsəbə təmsilçisi güclə sakitləşib. «Energetik»in qapısına necə gəldi, haodan gəldi yaxınlaşmayan istəyən qonaqların cəhdi əksər hallarda cərimə meydançası həndəvərində qırılıb. Qapıya budəqiqələrdən uzaqdan zərbə endirməyən «ağ-qırmızılar»ın girdiyi tək-tük təhlükəli anlarda Emn Abbasov qapıda sayıqlığı itirməyib.

 

 

85-ci dəqiqədə baş hakim «Energetik»in daha bir futbolçusunu meydandan çıxarıb. Topsuz halda rəqibə təpik atmasına görə. Referinin bu qərarı aranı qarışdırıb. Futbolçuların toplu toqquşmasının qarşısını almağa çətinlik çəkən «fit sahibi» oyunu bir neçə dəqiqə dayandırıb. «Energetik»in baş məşqçisi Sahib Qocayev komandasını sakitləşdirmək üçün meydana girməyə cəhd göstərib. Oyundan çıxmaq istəməyən oyunçusu «Zirə»lilərin üzərinə hücum çəkib. Referinin qarşılaşmanın ipini əlindən buraxması artırma dəqiqələrində aşkar hal alıb. Belə ki, hər iki tərəfdən qarşılıqlı təhqirlər bir-birini əvəzləyib.

 

 

Teymur Fərhadov sinəsindən geri itələyən «Energetik»liyə, həmçinin Sahib Qocayevi söyən «Zirə»liyə qırmızı vərəqə göstərməyə cəsarət etməyib. Öyrəndik ki, Fərhadov Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun yaxın qohumudu. Hakimbaşı özünü güclə yerindən tərpədən, artıq çəkisi burununa dəyən Teymuru, sən demə, Mingəçevirə tez-tez göndərirmiş. Dəlləkliyi imkansız «Energetik»in başında öyrənən Teymuru stadiona jgələn azyaşlı uşaqlar da tanıyır artıq. Yaşlılar Xaqani Məmmədovu, cavanlar Teymur Fərhadovu necə lazımdı «yad etdi» bu dəqiqələrdə. 

 

 

Qapıçının topu əlində saxlaya bilməməsi ilə yeganə qolu vuran «Zirə» final fitindən sonra kollektiv şəkildə sevinirdisə, «Energetik»lilər məğlubiyyəti həzm edə bilmirdi. Qapıçı Ziyadxan Məmmədovun Sahib Qocayevin sözünə əllə reaksiya verməsiylə sillə-təpik komediyası başlayıb. Təqribən 15-20 dəqiqə. Dəhlizdə və paltardəyişmə otaqlarının önündə kim kimi gəldi vurub. Məğlubiyyəti hakimlərin üstünə atan ev sahiblərinin çalışdırıcısı futbolçuları da qızışdırıb. Polislərin canlı səddi briqadanı döyülməkdən ancaq qoruyub.  Asayiş keşikçildəri ilə dilləşən oyunçuları otağa yığmasaydılar, onlara da əl qaldıracaqdılar. 20-yə yaxın «poqon»lu komanda ilə bacarmaqda aciz idi, gücləri yalnız stadionun həyətinə toplaşmış gəncləri və uşaqları ordan qovmağa çatdı. Arada yumruq yeyən Bəhram Şahquliyev oldu. «Zirə»nin baş məşqçisi dalaşanları ayırmaq istəyərkən, sifətinə və dodağına dəyən zərbədən yaxşı qurtardı. 

 

 

Sahib Qocayev oyundan yarım saat keçəndən sonra da özünə gələ bilməmişdi. Polislər istədi ki, onu da stadiondan uzaqlaşdırsın. Kapitan rütbəli şəxsin «ə, nolub? Qarabağı ermənilərdən almaq lazım gələndə heç özünə belə əl qatmazsan e…» sözündən bir az da qızışan baş məşqçini Şahquliyev kənara çəkib. Lakin yenə sakitləşməyən yerli mütəxəssis «vallah, məni yandıran uduzmaq deyil. İmkansızıq deyə, hakim hər dəfə bizi yıxmalıdı»?» deyə, həm ona, həm də Rövşən Əhmədova sual etdi. Şahquliyev hakimin onların da haqqını yediyini söylədisə, keçmiş hakim özünü eşitməlizliyə vurdu.

 

mənbə: sportinfo.az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

Facebookdan bizi izləməyi unutmayın.
X