"Araz Naxçıvan" heyətinə yeni futbolçu qatıb. Fanat.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi Ruslan Zeynalovla müqavilə bağlayıb.
Azərbaycan əsilli Ruslan Zeynalov 19 iyun 1982-ci ildə Ukraynanın Voroşilovqrad şəhərində dünyaya gəlib. Onun son iş yeri Ukraynanın "Aleksandriya" klubu olub (23 oyun, 5 qol). 32 yaşlı yarımmüdafiəçi əvvəllər Ukraynanın "Zarya", "Stal", "Naftovik-Ukrnafta", "Krimteplitsiya", "Desna", "Belşina" və Latviyanın "Riqa" klubunda çıxış edib.
Fanat.az