Qrupunda oynamağı hədəflədiyi Çempionlar Liqasına Avstriyada hazırlaşan “Qarabağ”ın təlim-məşq toplanışını davam etdirir. Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi sabah növbəti sınaq matçına çıxacaq.
Öncə Qroznı “Axmat”ına (0:1), ardından Sofiya MOİK-inə (2:5) uduzan Qurban Qurbanovun yetirmələri bu dəfə Moskva “Dinamo”su ilə qarşılaşacaq.
Rusiyalılarla görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.
Fanat.Az