Gəncənin "Kəpəz" televiziyasında yayımlanan "Kəpəz Futbol Klubu"nun növbəti buraxılışı şəhərmizdə uşaq futbolunun mövcüd vəziyyətinə həsr olunub.
Mövzu ilə bağlı studiyada ekspert kimi Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru Xəyal Hacıyev və Almaniyada çalışan azərbaycanlı məşqçi Cəlil Əliyev qonaq olub. "Kəpəz" fanklubunun azarkeşləri eləcə də, yeniyetmə və gənc futbolçular tamaşaçı qismində öz yerlərini tutublar. Xəyal Hacıyev Gəncənin uşaq futbolundakı vəziyyəti dəyərləndirməklə, uğurlarla yanaşı, problemlərin də olduğunu bildirib. Cəlil Əliyev isə Almaniyada uşaq futbolunun durumundan danışmaqla, müqayisələr aparıb.