Azərbaycan çempionu “Neftçi”nin yeni transferi, “Qəbələ”nin sabiq qapıçısı Pavel Doroşevin azerisport.az saytına müsahibəsi
- “Neftçi”yə transferiniz barədə nə deyə bilərsiz?
- Hər şey əladı. Məşq edirəm, komandaya uyğunlaşmağa çalışıram. Həm mənim, həm komandanın əhvalı çox yaxşıdı. Baş məşqçinin planına uyğun olaraq hazırlaşırıq.
- Qarşıda sizi Albaniya “Skenderbeu”su ilə Çempionlar Liqasının oyunları gözləyir. Rəqib barədə nə bilirsiz?
- Müəyyən məlumatımız var. İndi daha çox nəzəri məşğələlər keçirik. Baş məşqçi bizə necə oynayacağımız dəqiqliklə başa salır.
- Albaniya çempionu necə təsir bağışlayır?
- Zəif komanda yoxdu. Moldova çempionatı Litva birinciliyindən daha güclüdü. Amma bu iki ölkənin klubları üz-üzə gələndə, litvalılar daha üstün olurlar. Yəqin ki, nə demək istədiyim aydındı.
- Qapıçı kimi yəqin ki, rəqibin hücum xəttinə xüsusi diqqət yetirmisiz...
- Rəqibimiz müdafiədən oynamağa üstünlük verir. Ona görə də biz onların əks-hücumlarına hazır olmalıyıq.
- Azərbaycanda “Neftçi”nin “Skenderbeu”unu keçəcəyinə şübhə edən çox az adam var. Sizin buna münasibətiniz necədi?
- Biz buna bir qədər fərqli, peşəkar tərəfdən yanaşırıq. Aydın məsələdi ki, ölkə bizim Albaniya çempionuna məğlubiyyətimizi bağışlamaz. Ona görə də biz azarkeşlərimizi məyus etməməyə çalışırıq. Əlbəttə, indidən hər şeyin necə nəticələnəciyini proqnozlaşdırmaq çox çətindi. Buna 90 dəqiqənin tamamında aydınlıq gələcək. Amma şübhəsiz ki, biz hər şeyə ilk oyunda aydınlıq gətirmək üçün əlimizdən gələni edəcəyik.
- Saşa Stamenkoviçlə rəqabət aparmaq necədi?
- Hər şey normaldı. Sadıq Sadıqov məni kluba dəvət edəndə bilirdim ki, nəyə gedirəm. Stamenkoviçlə rəqabətdə də heç bir problem yoxdu. Bura məhz rəqabət yaratmaq üçün gəlmişəm. Qarşıma da bir nömrə olmaq məqsədi qoymuşam.
- Çempionlar Liqasında qapıda kimin duracağı bəllidi?
- Bəli. Əgər heç bir problem olmasa, qapıda Saşa duracaq. Amma həyat elədi ki, sabah nə olacağını bilmirsən. Bir il öncə mən “Qəbələ”dən getməyə borclu idim. Qayıtdım, Latviyada oynadım, yenidən milliyə dəvət olunmağa başladım. Hətta Türkiyə ilə oyunda meydanda oldum. İndi isə yenidən Azərbaycana qayıtdım. Həyatda heç nə məlum deyil. Sürprizlər həmişə movcuddu.
- Deməli, mümkündü ki, “Neftçi”nin əsas qapıçısı tezliklə Doroşev olsun?
- Mənim hədəfim məhz budu. “Neftçi”nin məni aldığına görə təəssüflənməsini istəmirəm. Ehtiyatda oturmaq mənim üçün xoş deyil. Hətta Saşa əsas qapıçı olsa belə, bunda da mənim xidmətim olacaq. Lakin istənilən halda mən ehtiyat qapıçı olmağımla barışmayacağam. Oynadığım bütün komandalarda lider olmuşam. Bu, mənim üçün çox vacibdi.
İdman24.az