Premyer Liqanın debütantı "Səbail" dünəndən start verdiyi təlim-məşq toplanışını Mərdəkanda - AFFA Futbol Mərkəzindəki Milli Komandaların Məşq Mərkəzində davam etdirir. Fanat.Az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda gündə 2 dəfə "Dalğa Arena"da məşq etməklə yanaşı, 3 yoxlama oyunu keçirməyi də planlaşdırır.
Samir Əliyevin yetirmələri iyunun 29-da "Binə", iyulun 2-də və 8-də isə "Sumqayıt"la üz-üzə gələcək.
Fanat.Az