AVRO-2016-nın seçmə mərhələsinin oyunları davam etdirilir. Fanat.az xəbər ki, milli komandamız bu gecə 3 gün ərzində ardıcıl ikinci səfər matçına çıxıb.
Bu dəfəki rəqibimiz Xorvatiya millisi olub. Bundan əvvəl Bolqarıstan və İtaliya 1:2 hesabı ilə yenilən komandamız bu dəfə biabırçı hesabla yenilib - 0:6. Qapımıza iki dəfə İvan Perişiç, hərəyə bir dəfə Andrey Kramariç, Marselo Brozoviç və Luka Modriç (penalti) yol tapıb. Bir dəfə isə Rəşad Sadıqov qapını səhv salaraq xorvatları sevindirib. Bununla da Berti Foqtsun başçılıq etdiyi yığma komandamız Azərbaycanı növbəti dəfə beynəlxalq arenada rusvay edib.
3 oyunda aktivinə bir xal yaza bilməyən yığma son pilləni tutur. Bunun səbəbi isə komandamızın "cırtdan" Maltadan daha çox top buraxmasıdı.
AVRO-2016
Seçmə mərhələ
H qrupu
13 oktyabr
Xorvatiya - Azərbaycan 6:0
Qollar: Andrey Kramariç, 11. İvan Perişiç, 34; 45. Marselo Brozoviç, 45+2. Luka Modriç, 56-pen. Rəşad Sadıqov, 61 (avtoqol).
Xorvatiya: 23. Daniel Subaşiç, 3. Daniel Pranyiç, 5. Vedran Çorluka, 7. İvan Rakitiç, 10. Luka Modriç (8. Alen Haliloviç, 60), 11. Dario Srna (k), 14. Marselo Brozoviç, 17. Mario Mandzukiç, 20. Mateo Kovaçiç (4. İvan Perişiç, 24), 21. Domaqoy Vida, 22. Andrey Kramariç (18. İvika Oliç, 76).
Ehtiyat oyunçular: 1. İvan Varqiç, 12. Lovre Kaliniç, 2. İvan Tomeçak, 6. Qordon Şkildenfeld, 9. Domaqoy Antoliç, 13. Duje Çop, 15. İvan Striniç, 16. Marko Leşkoviç, 19. Hrvoye Miliç.
Baş məşqçi: Niko Kovaç.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev (15. Ağabala Ramazanov, 30//16. Cavid Hüseynov, 41), 3. Rasim Ramaldanov, 5. Elnur Allahverdiyev (22. Tərlan Quliyev, 67), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 11. Rauf Əliyev, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 18. Maksim Medvedev, 19. Rahid Əmirquliyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahət Ağayev, 4. Elvin Yunuszadə, 8. İlkin Qırtımov, 9. Məhəmməd Qurbanov, 10. Rüfət Dadaşov, 17. Vüqar Nadirov, 20. Ufuk Budak, 21. Taşkın İlter.
Baş məşqçi: Berti Foqts.
Sarı vərəqələr: Rasim Ramaldanov, 16. Ağabala Ramazanov, 37.
Hakimlər: Stefan Studer, Sandro Pozzi, Yan-İves Viçt, Vital Yobin (İsveçrə).
Əlavə hakim köməkçiləri: Alain Bieri, Saska Amhof (İsveçrə).
UEFA nümayəndəsi: Mixal Listkeviç (Polşa).
Hakim-inspektor: Leslie Arvin (Şimali İrlandiya).
Osiyek. "Qradski" stadionu.
1 | Xorvatiya | 3 | 3 | 0 | 0 | 9:0 | 9 |
2 | İtaliya | 3 | 3 | 0 | 0 | 5:1 | 9 |
3 | Norveç | 3 | 2 | 0 | 1 | 5:3 | 6 |
4 | Bolqarıstan | 3 | 1 | 0 | 2 | 3:4 | 3 |
5 | Malta | 3 | 0 | 0 | 3 | 0:6 | 0 |
6 | Azərbaycan | 3 | 0 | 0 | 3 | 2:10 | 0 |
Fanat.az