Ruslan Zeynalov "Araz Naxçıvan"a baxışa gəlib. Bu barədə Fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Ceyhun Məmmədov məlumat verib.
Klub rəsmisi bildirib ki, baş məşqçi Əsgər Abdullayev Ukraynadan dəvət olunan azərbaycanlı futbolçunu baxışdan keçirir. Onunla bağlı qərar yaxın 2-3 gündə veriləcək.
Qeyd edək ki, Azərbaycan əsilli Ruslan Zeynalov 19 iyun 1982-ci ildə Ukraynanın Voroşilovqrad şəhərində dünyaya gəlib. Onun son iş yeri Ukraynanın "Aleksandriya" klubu olub (23 oyun, 5 qol). 32 yaşlı yarımmüdafiəçi əvvəllər Ukraynanın "Zarya", "Stal", "Naftovik-Ukrnafta", "Krimteplitsiya", "Desna", "Belşina" və Latviyanın "Riqa" klubunda çıxış edib.
Fanat.az