Futzal üzrə Azərbaycan çempionu "Araz"a yeni baş məşqçi təyin olunub. Fanat.az xəbər verir ki, bu, ispaniyalı mütəxəssis Tino Peresdi.
1996-cı ildə "Talavera" klubunun "sükanı arxası"na keçən mütəxəssis ilk cəhdindəcə komandasını çempion edib. Bu nəticə Peresə İspaniyada "ilin məşqçisi" adını qazanması üçün kifayət edib. 1998-ci ildə "Talavera"nın baş məşqçisi Çempionlar Kubokunu da udmağa müyəssər olub.
2000-ci ildə təcrübəli məşqçi "Playas de Kastelyon"u qəbul edib. Məhz onun rəhbərliyi altında klub Avropa nəhənginə çevrilib. Peresin rəhbərliyi altında "Playas de Kastelyon" ardıcıl4 dəfə Çempionlar Kubokunun qalibi adını qazanıb. Bu nəticə Avropa Çempionlar Kuboku tarixində rekord nəticə olaraq bu gün də qalmaqdadı.
Peresin son klubu Rusiyanın "Dinamo" klubu olub.
Fanat.az