"Hakim səhvi hər yerdə var. Biz də çalışacağıq ki, Azərbaycan çempionatında, kubok oyunlarında kobud səhvlər olmasın". Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
PFL rəhbəri danışılmış oyunların olmadığını bildirib: "Bəzən deyirlər ki, bir komanda birinə, başqası digərinə kömək olur. Özünüz də görürsünüz ki, hər şey normal şəraitdə keçir, ölkə çempionu bizi layiqli şəkildə Avroliqada təmsil edir. "Neftçi" isə bu yarışda hakimlər tərəfindən haqsızlığa məruz qalıb, mübarizəni dayandırdı. İstəyirik ki, bizdə belə səhvlər olmasın".
Fanat.az