Premyer Liqanın debütantı "Səbail" 2017/18 mövsümünün hazırlıqlarını "Dalğa Arena"da davam etdirir. Fanat.Az xəbər verir ki, 17 futbolçuyla başlayan bakılıların düşərgəsində baxışa gələn futbolçular da var.
Əsasən 1-ci divizion klublarından gələnlər arasında ən tanınmışı Oruc Balaşlıdı. Aşağı liqanın bombardiri özünü yaxşı tərəfdən göstərəcəyi halda, 1 illik müqaviləyə qol çəkəcək.
Fanat.Az