17:34 15.10.2014 295

"Şaxtyor" misalı...

Bu gün Azərbaycan Kubokunun püşkü atılıb. Fanat.az xəbər verir ki, 8 klubun imtina etdiyi yarışda 18 kollektiv iştirak edəcək.


I divizon təmsilçilərinin turnirdən böyük ölçüdə boyun qaçırmasına nəzər saldıqda bir daha görürük ki, futbol infrastrukturumuz doğru-dürüst qurulmayıb. İngiltərədə, İspaniyada, İtaliyada, Fransada və digər Avropa ölkələrində aşağı dəstə təmsilçilərinin ölkə kuboku uğrunda qanı su yerinə axıtdığına dəfələrlə şahid olmuşuq. Sözügedən ölkələrdə aşağı liqa klublarında oynayanlar elita təmsilçiləri ilə görüşlərdə təcrübə qazanmaq üçün şansından maksimum yararlandığı halda, bizimkilər Azərbaycan Kubokuna ağız büzür.


Əslində heç turnirə qatılan I divizion təmsilçilərinin ciddi iddiasının olmadığını indidən əminliklə söyləmək olar. Özü də tək onların yox, elə Premyer Liqanın bir neçə komandası da say düzəltmək, qınaq obyekti olmamaq xatirinə bu turnirə qatıldığı gün kimi aydındı. Elita klublarından "Sumqayıt", "Araz Naxçıvan" və "Bakı"nı belələrinin sırasına daxil etmək olar.


Sovetlər dönəmində "kubok komandası" anlayışı var idi. Və belə bir ifadə işlədildikdə ilk olaraq Donetskin "Şaxtyor" komandası yada düşürdü. Bu klub uzun marafon sayılan çempionatda uğur əldə edə bilməsə də, hər bir oyun həlledici xarakter daşıyan vaxtda toparlanmağı bacarırdı. Bu cür yarış da məhz ölkə kubokudu. "Şaxtyor"un ifaçıları SSRİ-nin aparıcı komandaları - "Dinamo" (Kiyev), "Spartak", "Dinamo" (Minsk), "Zenit"dən fərdi keyfiyyətlərinə görə geri qalsalar da, Kubok oyunlarında əzmkarlıq hesabına bunu ört-basdır edirdi. Maraqlıdır ki, müxtəlif vaxtlarda "Jalgiris", "Dinamo" (Tiflis), "Dnepr" mükafatçılar sırasına düşsə də, mövsümdən-mövsümə sabitliyi qoruya bilmirdi. Lakin "Şaxtyor"un üzvləri dəyişsə də siması dəyişməz qalırdı - "kubok komandası".


Təəssüf ki, günümüzdə Azərbaycanda belə bir komanda mövcud deyil. Hərçənd ortabab, medallar uğrunda mübarizə aparmaq iqtidarında olmayan klublara sahib prezidentlər bu mövzunun ətrafında düşünsə, əla olardı. Belələrinin sırasına "Simurq"u, elə "Araz Naxçıvan" və "Bakı"nı, habelə  I divizion təmsilçilərini daxil etmək olar. Özü də hər birinin qarşısında konkret məqsəd qoymaq şərti ilə.


"1-cilər"in şərəfini qoruyan futbolçuların kubok oyunlarında özlərini göstərib Premyer Liqa klublarının diqqət mərkəzinə düşmək şansı haqda danışırıqsa, elita komandaları güclərini bir cəbhəyə yönəltməlidi. Burda baş məşqçilərin də rolu olmalıdı. Onlar qüvvələrini səfərbər etmək baxımından həlledici söz sahibi olmalıdı.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 May 2025
01:22

İspaniya La Liqası: Son oyunda "Barsa" da "partladı", "Atletiko" da

01:10

"Fənərbağça" Avroliqanın qalibi oldu

01:04

İtaliya A Seriyası: 2024/2025 mövsümü yekunlaşdı

00:33

Türkiyə Super Liqası: "Beşiktaş" öz meydanında uduzdu

00:23

DÇ: Türkiyə millisi qrupdan çıxa bilmədi

25 May 2025
23:40

İPL: 2024/2025 mövsümünə yekun vuruldu

23:08

Baxşıyevə müqavilə təklif edilməyib: "Burada olsam da, olmasam da..."

22:48

"Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir" - Rəşad Sadıqov

22:24

"Mançester Yunayted" 3 futbolçusu ilə əməkdaşlığa son qoydu - RƏSMİ

21:39

"Rəqiblər bizə qarşı müdafiədən oynayırlar" - Elşad Quliyev

21:28

MPL-də mövsüm bitdi: Qərb derbisində darmadağın, "Zirə" "Araz-Naxçıvan"ı yendi

20:43

Azərbaycan triatlonçularından "qızıl" və "gümüş"

20:26

DÇ: Azərbaycan millisi qrup lideri qismində 1/8 finala yüksəldi

19:37

Kurban Berdiyev 4:0-ı belə dəyərləndirdi

19:09

Azər Bağırov "Kəpəz"dən getdi: "Oyunun nəticəsi başlamamışdan bəlli idi"

18:22

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

17:56

Azərbaycan millisi Avropa Superfinalına vəsiqə qazandı

17:28

Amorim Fernandeşin MY-dən gedəcəyi ilə bağlı məlumatlara belə münasibət bildirdi

16:39

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

16:13

"Şamaxı"nın kapitanı karyerasını bitirdi

15:56

Xulian Alvaresin taleyinin necə olacağı bilindi

15:25

"Sumqayıt" rekordunu təkrarladı

14:52

De Bröynenin yeni klubu da açıqlandı, maaşı da

14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

Facebookdan bizi izləməyi unutmayın.
X