Tino Peresin futzal üzrə Azərbaycan çempionu "Araz"ın "sükanı arxası"na keçməsi daha bir suala aydınlıq gətirib. Fanat.az xəbər verir ki, ispaniyalı mütəxəssis həm də milli komandamızın baş məşqçisi olacaq.
Həm "Araz", həm də millimizi çalışdıran Joze Alesio da Silvanın məlum qaçışından sonra vakant qalan klreslolardan birincisinə sahib çıxan Peres, yaxın günlərdə yığmamızı da qəbul edəcək.
Qeyd edək ki, o özü də millimizin "sükanı arxası"na keçmək istədiyini gizlətməyib: "Azərbaycanda çalışıram və bu ölkənin millisinin də baş məşqçisi olmaq istəyərdim".
Fanat.az