Arif Əsədov "Sumqayıt"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Araz Abdullayevin etirazı ilə bağlı danışıb:
"Oyundan öncə futbolçularla söhbət etmişdik. Oyuna yaxşı köklənməli idik. Çünki “Sumqayıt” ötən il “Neftçi”dən xeyli xal almışdı. Futbolçulara bildirmişdim ki, rəqibi saymaq lazımdı. “Sumqayıt” ikinci hissədə təzyiqi artırdı. Amma biz dəyişikliklər edib, matçı yenə nəzarətə götürdük. Flavinyo zədədən yeni qayıdıb. Biz oyundan öncə də bilirdik ki, o, ancaq bir hissə oynayacaq. Araz Abdullayevin əvəzlənməsinə etiraz etməsinə gəlincə, futbolda belə hallar olur. Amma biz məsələ ilə bağlı ciddi tədbir görəcəyik".
Fanat.az