“Oyun bizim üçün vacib idi. Qələbə qazandığımız üçün şadıq”. Fanat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
“Qəbələ” üzərində 2:0 hesablı qələbə qazanmalarına baxmayaraq, Qurbanov komandasının çıxışından razı qalmayıb: “Komandamın oyunundan tam razı qala bilmәrәm. Bәzi problemlәr görünürdü. Bunları aradan qaldırmağa çalışacağıq”.
Qurbanov bildirib ki, qazanılan qələbəyə kölgə salmaq düzgün deyil: “Belə söhbətlərdən bezmişəm. Mən belə penalti istəmirəm. Hakimlərə məsləhətim odu ki, əmin olmadıqları penaltini verməsinlər”.
Xatırladaq ki, ağdamlılar ikinci topu penaltidən vurub. İnnosent Emeqara cərimə meydançasında yerdə qalıb və oyunun baş hakimi Rəhim Həsənov “nöqtə”ni göstərib.
Fanat.az