"İnnosent Emeqara yaxşı futbolçudu. İnanıram ki, “Qarabağ”a çox kömək edəcək". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Reynaldo Silva deyib.
"Qəbələ" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandıran braziliyalı matçla bağlı fikirlərini bildirib: "Əlimizə düşən imkanları dəyərləndirib, 2 cavabsız qol vurduq. Rəqibin də şansı oldu. Xüsusən, ilk hissədə kəsərli hücumlar qurdular".
Reynaldo Qurban Qurbanovun milliyə rəhbərlik etməsini istəmir: "Ümid edirəm ki, o, “Qarabağ”da qalacaq. Çünki Qurban Qurbanov bu komandaya çox lazımdı".
Fanat.az