Əsgər Abdullayev AZAL-la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Araz Naxçıvan”ın baş məşqçisi yetirmələrindən narazı qalıb:
“Futbolçulardan razı qalmadım. Çünki tapşırıqlarımı tam yerinə yetirə bilmədilər. Lakin biz rəqibə nisbətən daha çox hücum etdik. Son dəqiqələrdə Tərlan Xəlilov əlverişli epizoddan yararlana bilsəydi, qələbə qazanacaqdıq. Bütün bunları nəzərə alıb, deyim ki, iki xal itirdik. Oyuna fərqli taktika ilə çıxmışdıq. Amma qol buraxdıqdan sonra erkən əvəzləmələr edib, David Canelidze və Bəxtiyar Soltanovu hücumda oynatdım. Bizi qarşıda çətin oyunlar gözləyir. Ona görə də Azərbaycan Kubokundakı rəqibimiz “Xəzər Lənkəran”la bağlı danışmaq itəmirəm”.
Fanat.az