“Zirə”nin futbolçusu Viktor İbekoyi Avropa Liqasının birinci təsnifat mərhələsində Lüksemburq təmsilçisi “Differdanj”la səfər oyununda iştirak edə bilməyəcək.
Fanat.Az “Report”a istinadən xəbər verir ki, bu haqda klub mətbuat xidmətindən məlumat verilib. 31 yaşlı nigeriyalı futbolçu viza problemi üzündən Lüksemburqa gedə bilməyib. Zirə təmsilçisi vizaya görə Fransa səfirliyinə müraciət etsə də, orada Nigeriya vətəndaşları üçün bu prosesin bir qədər uzun çəkdiyi söylənilib.
Eyni səbəbdən iyulun 3-də komanda ilə birgə səfərə çıxa bilməyən kamerunlu Jozef Bum və haitili Kervan Belfor isə artıq Bakını tərk ediblər. Hər iki əcnəbi futbolçu bu gün kollektivə qoşulacaq.
Qeyd edək ki, iyulun 6-da keçiriləcək “Differdaj” – “Zirə” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan təmsilçisi evdəki ilk oyunda rəqibini 2 cavabsız qolla məğlub edib.
Fanat.Az