Premyer Liqanın IX turunda baş tutacaq iki matçın başlama saatı müəyyənləşib. Fanat.az xəbər verir ki, hər iki qarşılaşma "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq.
Kanal oktyabrın 24-də "Qəbələ" - "Sumqayıt" matçını efirə verəcək. Qarşılaşma saat 16.00-da başlayacaq. "İdman Azərbaycan" ayın 26-da saat 18.00-da start götürəcək "Qarabağ" - "Xəzər Lənkəran" görüşünü də efirə verəcək.
Fanat.az