Arda Turanın gələcəyi ilə bağlı təzadlı xəbərlər yayılmaqda davam edir. Bəziləri türk futbolçunun "Barselona"dan gedəcəyini, bəziləri isə komandada qalacağını iddia edir.
Növbəti iddia "Sport" qəzetindən gəlib. Fanat.Az xəbər verir ki, qəzet "Barselona" rəhbərliyinin məşhur portuqaliyalı menecer Xorxe Mendesdən Arda üçün klub tapmağı istədiyini yazıb. Mendes türk futbolçunun meneceri Ahmet Bulutla şərikdi. Məqsəd onun satışından əldə olunacaq gəlirii yeni transferlərə sərf etməkdi.
Bu arada Ahmet Bulut növbəti dəfə açıqlama verərək Ardanın "Barselona"da qalacağını deyib.
Fanat.Az