“Mənim iddiam hər dəqiqə yerində qalır. Bunu unutmayın. Rəqib komandanı canlı gördünüz. Albaniyalılar meydanda futbol oynamırdı, hospital açmışdılar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Neftçi”nin baş məşqçisi Albaniyanın “Skenderbeu” klubu ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Bakıda qolsuz bərabərlikdən sonra mərhələ keçməyə inamının azalmadığını bildirib: “Keçən il APOEL-lə Bakıda 1:1 oynadım, orda 3:1 hesabı ilə qalib gəldim. Bəlkə mən ölüm, onda iddiam olmasın. Mən sözümdə qalıram, bu mərhələni keçəcəyəm, o birini. Komandaya fziki hazırlığı qətiyyən artıq eləmişəm. Mən həmişə bunun normasında etmişəm. Komandamın 1 futbolçusunda qıcolma olsaydı, mən razı olardım. Ən çox qorxduğumuz o idi ki, rəqib bizi əks-hücumda tutmasın. Albaniyada 1 qol vursaq, bu, bizim üstünlüyümüzdür. Qətiyyən narahat deyiləm, gələcəyə nikbin baxıram. Allah eləməsin ki, yas tutaq, oturağın. “Neftçi” ilə hamı hesablamağa məcburdur”..
Hacıyev “Neftçi”də nəinki Mahir Şükürovla Julius Vobay, ümumiyyətlə, heç bir futbolçu arasında problem, komandada qruplaşma olmadığını bildirib: “Bizdə şahlıq iddiasında edən futbolçu yoxdur. Burda “paxat” edənlərdir, mən də onların briqadiriyəm. Bu gün qələbə qismətimizdə deyilmiş. Gəlin, bununla razılaşaq. Nə qədər qol imkanlarımız oldu... İlk qolu vursaydıq, ardı gələcəkdik. Top qapıdan keçmədi. Mən Melvin Platyeyə oyundan öncə demişdim ki, səni Azərbaycan tamaşaçısı ilk oyundan sonra qəbul edə də bilər, etməyə. Bizim azarkeşlər tez qərar verirlər”.
Çalışdırıcı bəzi futbolçularının lazımsız vərəqə almalarını düzgün saymır: “Futbolçu insandır, gərgin oyun getdi. Futbolda mübarizə alınan vərəqələri alqışlayıram. Ancaq hakimi itələmək, qeyri-etik hərəkət olmamalıdır. Bunu araşdıracağıq. Lazım olsa, nə cəzanı verildiyini açıqlayacağıq”.
İdman24.az