Premyer Liqanın IX turunda baş tutacaq "Sumqayıt"la görüşdə Ruslan Əmircanov iştirak etməyəcək. Fanat.az-a "Qəbələ"dən verilən məlumata görə, millinin son toplanışından yarımçıq dönən futbolçunun dizindəki zədə hələ də normal məşq etməyə imkan vermir.
Yalnız fərdi məşqlərlə kifayətlənən Əmircanovun komanda yoldaşları ilə birgə IX turdan sonrakı çalışmalarda iştirak edəcəyi gözlənilir.
Fanat.az