AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın VIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Xəzər Lənkəran"la oyunun oyunun 30-cu dəqiqəsində "Bakı"nın məşqçisi Zekir Muarrem və İnzibatçısı Vüqar Əliyev hakimlər briqadasın təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalandırılıb, klub 10000 manat cərimə olunub. Matçın 69-cu dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydanı tərk edən "Bakı"nın futbolçusu Elşad Manafov isə 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.
"Neftçi", "Qarabağ" və "Araz Naxçıvan" 4, "Bakı" və "Qəbələ" 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə ödəyəcək.
Fanat.az