AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının VIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Araz Naxçıvan"ın futbolçusu İlqar İsmayılov AZAL-la matçın 44-cü, "Simurq"un futbolçusu Elmir Suluxayev "İnter"lə görüşün 89-cu dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Hər iki futbolçu 1 oyunluq cəzalandırılıb, klub 100 manat cərimə olunub.
"Qəbələ" isə "Qarabağ"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 500 manat ödəyəcək.
Fanat.az