"Qarabağ" "Dnepr"lə oyundan əvvəl Bakıda son məşqinə çıxıb. Fanat.az xəbər verir ki, komanda sabah səhər Bakı-Kiyev reysiylə Ukraynaya uçacaq.
"Qarabağ" səfərə tam heyətlə yollanacaq. Sadəcə zədəli Cumbunyo Bakıda müalicəsini davam etdirəcək.
Sabah baş məşqçi Qurban Qurbanov oyunun keçiriləcəyi Olimpiya stadionun mətbuat zalında media nümayəndələrinin suallarını cavablayacaq. Mətbuat konfransı yerli vaxtla 18.45-də (Bakı vaxtı ilə 20.45) başlayacaq.
Fanat.az