"Qalatasaray"ın Bafetimbi Qomisi, "Beşiktaş"ın Pepeni heyətinə qatmasından sonra daha bir dünya ulduzu Türkiyəyə gəlir. Fanat.Az xəbər verir ki, bu dəfə transfer bombasını İstanbul nəhəngləri yox, ötən mövsümün sürprizi, çempionluğu son anda əldən verən "Başakəhər" "partaladır".
Rəsmi məlumatda bildirilir ki, klub rəhbərliyi Qael Klişini İstanbula gətirib. Artıq tərəflər bütün məsələləri razılaşıdırıb. Futbolçu sabah tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq. 31 yaşlı fransalı hücumçunun 3illik müqaviləyə imza atacağı və ildə 3 milyon avro qazanacağı deyilir.
Qeyd edək ki, Kilişi "Kann"ın yetirməsidi. 2003-cü ildə "Arsenal"a 375 min avroya transfer olunan müdafiəçi 2011-ci ildə 7,75 milyon avroya "Mançester Siti"yə keçib. O, Fransa yığmasında 20 oyun keçirib.
Fanat.Az