"Qalatasaray"ın prezidenti Dursun Özbək Arda Turanın mümkün transferi ilə bağlı danışıb. Fanat.Az xəbər verir ki, bu məsələnin gündəmdə olmadığını bildirib:
"Arda Turanın yeri "Qalatasaray"dı. O, Türkiyədə başqa heç bir klubda oynamaz. Amma onun "Barselona"da qalacağını eşitdim. Ardanın "Qalatasaray" sevgisini kimsə müzakirə edə bilməz. Türkiyəyə gəlsə, oynayacağı tək klub "Qalatasaray" olacaq".
Fanat.Az