Yeni mövsümə hazırlıqları Avstriyada davam etdirən "Simurq" bu gün bir məşqə çıxıb. "Olimpiakos"la yoldaşlıq görüşündən sonra bugünkü hazırlıq bərpaedici xarakter daşıyıb. Fitness zalda başlayan məşq prosesi, daha sonra komandanın məskunlaşdığı "Kayzer" otelinin meydançasında davam edib. Yoxlama görüşündə 90 dəqiqə forma geyinmiş futbolçular uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra ayaq tenisi oynayıblar. Digərləri isə iki qrupa bölünərək kiçik qapılarda ikitərəfli futbol oynayıb. Bundan sonra bügünlük məşq tamamlanıb və məşqçilər korpusu yetirmələrinə istirahət verib.
"Simurq" sabah da hazırlığı davam etdirəcək. Təlim-məşq prosesinin proqramına uyğun olaraq komanda sabah iki məşqə çıxacaq.
İdman24.az