Əvəzedici heyətlərin ölkə birinciliyində 9-cu turun hakim təyinatları müəyyənləşib. Fanat.az xəbər verir ki, "Qəbələ" - "Sumqayıt" matçını qadın referi idarə edəcək.
Belə ki, görüşdə ədaləti Venera Kahriç qoruyacaq. Onun köməkçilərindən biri Gülyana Güvəndiyeva olacaq.
23 oktyabr
Qəbələ - Sumqayıt
Hakimlər: Venera Kahriç, Gülyana Güvəndiyeva, Ruslan Nəsibov, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, ehtiyat meydança. Saat 14.00.
24 oktyabr
Simurq - Araz Naxçıvan
Hakimlər: Nail Nağıyev, Cavanşir Yusifov, Rəşadət Cəfərov, Vüsal H.Əliyev.
Zaqatala şəhər stadionu. Saat 14.00.
AZAL - Bakı
Hakimlər: Etibar Həsənov, Vüqar Bayramov, Cəmil Quliyev, Emil Müsadiq.
“AZAL Arena”. Saat 14.00.
25 oktyabr
Neftçi - İnter
Hakimlər: Ramil Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Nahid Xasıyev.
“Dalğa Arena”. Saat 12.00.
Qarabağ - Xəzər Lənkəran
Hakimlər: Camaləddin Hacıyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Rövşən Rəcəbov.
“Dalğa Arena”. Saat 15.00.
Fanat.az