Bu gün Premyer Liqanın debütantı "Səbail" növbəti mövsümə ölkəmizdə hazırlaşan "Sumqayıt"la ikinci yoxlama oyununa çıxıb. Fanat.Az xəbər verir ki, tərəflər bu dəfə Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşıb.
Görüş "kimyaçılar"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Cavid İmamverdiyev vurub.
Komandalar arasında bir neçə gün öncə baş tutan oyun 2:2 hesabıyla bitmişdi.
Fanat.Az