Avropa Liqasının II təsnifat mərhələsində "Zirə”nin rəqibi olan Rumıniyanın "Astra” klubu yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Ciurcu təmsilçisi Rumıniyanın aşağı liqasında çıxış edən "Sqanov” komandası ilə qarşılaşıb.
Görüş "Astra"nın 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Astra” ilə "Zirə” arasında ilk oyun iyulun 13-də Rumıniyada, cavab matçı həmin ayın 20-si Bakıda keçiriləcək.
Fanat.Az