Aqil Məmmədov "Qəbələ" ilə oyunla (1:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi "Qəbələ"nin qələbəyə layiq olmadığını söyləyib:
“Oyun barədə nə deyə bilərəm? Mən futbolçulardan razıyam. Biz 1:10 hesabı ilə uduzsaydıq belə, mən bu sözləri deyəcəkdim. Düşünürəm ki, hakimlər oyuna təsir etdilər. Məncə, bizim topu qapıdan keçirdiyimiz epizodda qol qeydə alınmalı idi. “Qəbələ”nin ikinci qolunda qayda pozuntusu vardı. Mən durduğum yerdən görürdüm ki, bizim vurduğumuz qol qaydalar çərçivəsindədi. “Qəbələ” barədə ümumiyyətlə, danışmaq istəmirəm. Çünki “Qəbələ” bu gün qələbəyə layiq deyildi”.
Fanat.az