Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olacaq Gürcüstanın “Samtredia” klubu Bakıya gəlib.
Fanat.Az xəbər verir ki, gürcülər Bakıdakı otellərin birində məskunlaşıb. “Samtredia” bu gün "Azərsun Arena"da ilk məşqə çıxıb. Sabah isə rəqib oyunun baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək.
Qeyd edək ki, “Qarabağ” - “Samtredia” oyunu iyulun 11-də saat 21:00-da başlayacaq.