"Qalatasaray" Uesli Sneyderlə bağlı qərarını dəyişib. Fanat.Az xəbər verir ki, hollandiyalı futbolçunun müqaviləsini pozmağa çalışan klub rəhbərliyi onun komandada qalmasına qərar verib.
Bu barədə Sneyder sosial mediada açıqlama yayıb: "Əla xəbər. "Qalatasaray" yeni mövsüm üçün hazırlıqlara başlamağımı istədi. Sabah saat 9-da tibbi müayinədən keçəcəm və 19.00-da məşqdə olacam".
Fanat.Az