Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” - “Samtredia” oyununa bilet satışı davam edir. Fanat.Az xəbər verir ki, artıq 11500 bilet sahibini tapıb.
İyulun 11-də saat 21:00-da baş tutacaq oyunu tribunadan izləmək istəyən azarkeşlər bu gün saat 10:00-dan 19:00-a sabah isə səhər eyni vaxtdan matç saatınadək Tofiq Bəhramov adına Respublika stadionun kassalarına müraciət edə bilər.
Fanat.Az