Premyer Liqanın debütantı “Səbail" yeni legionerlə güclənib. Fanat.Az xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi Maudo Lamine Jarjue 2 illik müqaviləyə qol çəkib.
Qvineya-Bisaulu arxa xətt oyunçusu son mövsümü Portuqaliyanın 1-ci liqa komandası "Gil Visente"də keçirib.
Qeyd edək ki, dünən Bakıya gələrək müqaviləyə qol çəkən əcnəbi Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.
Fanat.Az