Topaz Premyer Liqasında IX turun oyunları davam etdirilir. Fanat.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç baş tutub.
Günə AZAL - "Bakı" matçı ilə start verilib. Nurlan Novruzovun 46-cı dəqiqədə vurduğu qol "Bakı"ya qələbə qazandırıb. 76-cı dəqiqədə qırmızı vərəqə alan Vüqar Bəybalayev qonaqları azlıqda qoysa da, AZAL-ın hesabı bərabərləşdirməyə gücü çatmayıb.
Günün ikinci oyununda "Simurq" "Araz Naxçıvan"ı qəbul edib. Zaqatala klubu darmadağınla qələbə qazanıb. Hesabı 34-cü dəqiqədə Marko Stanoyeviç açıb. 46, 56 və 90+3-cü dəqiqələrdə het-trik edən Rəşad Eyyubov darmadağını rəsmiləşdirib - 4:0.
Qeyd edək ki, IX tura dünən start verilib. İlk oyunda "Qəbələ" "Sumqayıt"ı 3:1 hesabı ilə yenib. Tura sabah keçiriləcək "Qarabağ" - "Xəzər Lənkəran" və "Neftçi" - "İnter" oyunları ilə yekun vurulacaq.
Premyer Liqa
2014/15 mövsümü
I dövrə, IX tur
25 oktyabr
AZAL - Bakı 0:1
Qol: Nurlan Novruzov, 46.
AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 7. Təmkin Xəlilzadə, 10. Tomi Kostadinov, 12. Luis Ramos, 13. Şəhriyar Rəhimov, 17. Viktor İbekoyi, 18. Orxan Lalayev, 20. Freddi Mombonqo, 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 5. Kərim Diniyev, 6. Eduardo Konseysao, 11. Con Kordoba, 15. Oskars Klava, 22. Eltun Yaqublu 25. Adil Nağıyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Bakı: 1. Aqil Məmmədov, 5. Georgios Palagios, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 8. Lukas Mario Horvat (k), 10. Nurlan Novruzov, 11. Tural Qürbətov.18. Əziz Quliyev, 22. Risto Ristoviç, 30. Cəmşid Məhərrəmov, 85. Jaba.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə, 17. Azad Kərimov, 20. Valeh Seyidov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
Qırmızı vərəqə: Vüqar Bəybalayev, 76.
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Rahil Ramazanov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Akif Məmmədov.
"AZAL Arena". Saat 17.00.
Simurq - Araz Naxçıvan 4:0
Qollar: Marko Stanoyeviç, 34. Rəşad Eyyubov, 46; 56; 90+3.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 5. Vadim Abdullayev, 8. Patrik Osiako, 9. Lukaş Tresnak, 13. Ali Gökdemir, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı.
Baş məşqçi: George Çixradze.
Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 2. Tural Hümbətov, 4. Emin Cəfərquliyev, 8. Elmin Çobanov, 10. Eşqin Quliyev, 11. Sergey Selyuk, 9. Qərib İbrahimov, 16. Kamil Hüseynov, 17. Bəxtiyar Soltanov, 19. Tərlan Xəlilov, 20. Ruslan Zubkov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 3. Əlimirzə Daşzərini, 5. Cavid Həsənov, 7. Ramal Hüseynov, 24. Azər Məmmədov, 21. David Canalidze, 91. Kamil Nurəhmədov.
Baş məşqçi: Əsgər Abdullayev.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala şəhər stadionu. Saat 18.00.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | İnter | 8 | 4 | 3 | 1 | 20:4 | 15 |
2 | Qarabağ | 7 | 4 | 2 | 1 | 11:6 | 14 |
3 | Qəbələ | 9 | 4 | 2 | 3 | 10:11 | 14 |
4 | Neftçi | 7 | 4 | 1 | 2 | 6:7 | 13 |
5 | Simurq | 9 | 7 | 1 | 4 | 13:8 | 13 |
6 | Sumqayıt | 9 | 4 | 0 | 5 | 11:14 | 12 |
7 | Xəzər Lənkəran | 8 | 3 | 2 | 3 | 9:6 | 11 |
8 | Bakı | 9 | 3 | 1 | 5 | 7:19 | 10 |
9 | AZAL | 8 | 2 | 3 | 3 | 7:11 | 9 |
10 | Araz Naxçıvan | 8 | 1 | 1 | 6 | 7:15 | 4 |
Bombardirlər | Rəşad Eyyubov (Simurq) - 6. Mikel Alvaro (İnter) - 5. Məhəmməd Qurbanov (Sumqayıt), Baçana Tsxadadze (İnter), Cavid Hüseynov (Qəbələ) - 4. |
Fanat.az