Ukrayna "Stal"ından ayrılan Pavel Paşayev 4 klubdan təklif alıb. Fanat.Az-ın əldə etdiyi məlumata görə millimizin müdafiəçisini ölkəmizdən "Neftçi" və "Qəbələ" heyətinə qatmaq istəyir.
Azərbaycan klublarının - vaxtıyla oynadığı "qırmızı-qaralar"la "ağ-qaralar"ın təklifini geri çevirən Paşayev Ukraynada qalmaqda da o qədər də maraqlı deyil. Arxa xətt oyunçusunu doğulduğu ölkənin 2 təmsilçisi rənglərinə bağlamağa can atır. Ancaq Pavel AFFA rəhbərliyinin tövsiyyəsi və dəstəyiylə daha güclü çempionatlardan birində top qovmaq istəyir. Hazırda Slovakiya və Çexiya variantları aktualdı.
Fanat.Az