“Bakılı” Peşəkar Futbol Liqasına müraciət edərək 25 oktyabr - 4 noyabr tarixlərində klubun 5 üzvünün Azərbaycan çimərlik futbolu üzrə milli yığma komandasının heyətində Dubay şəhərində təlim məşq toplanışında iştirak edəcəyini və bu səbəbdən iki oyununun təxirə salınmasını xahiş edib.
Fanat.az xəbər verir ki, Peşəkar Futbol Liqası oktyabrın 26-da keçirilməli olan “Bakılı” - “Şuşa” və 5 gün sonraya təyin olunan “Mil-Muğan” - “Bakılı” qarşılaşmaları başqa vaxta keçirib.
Fanat.az