"Araz Naxçıvan" heyətinə yeri futbolçu qatıb. Fanat.az xəbər verir ki, Sergey Silyuk bundan sorra Muxtar Respublika klubunun formasını geyinəcək.
Əsgər Abdullayev onun adını "Simurq"la matçın start heyətinə daxil edib. 29 yaşlı ukraynalı yarımmüdafiəçi 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Silyukun son iş yeri Rusiyanın "Jemçujina" (Yalta) klubu olub. O, əvvəllər Ukraynanın "Vorskla", "Zarya" və "Metallurq" (Zaparoje) klublarında top qovub, 2004-2006-cı illərdə ölkəsinin U-21 yığmasında 3 oyun keçirib.
Fanat.az