"Araz Naxçıvan" Topaz Premyer Liqasının IX turunda "Simurq"un qonağı olacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Əsgər Abdullayev ötən turla müqayisədə start heyətində 3 dəyişiklik edib.
Baş məşqçi qripə yoluxan Aqil Nəbiyevlə yanaşı, Ramal Hüseynovla Ruslan Zubkova da şans verməyib. Ramal ehtiyatda qalıb, Ruslan "18-liy"ə düşməyib. Əvəzində debüt oyununa çıxan Sergey Selyuk, zədəsini sağaldan Qərib İbrahimov və Kamil Hüseynov ilk dəqiqələrdən meydanda olacaq.
"Simurq"un baş məşqçisi Georgi Çixradze ötən turdakı start "11-liy"inə şans verib.
Fanat.az