19:18 10.07.2017 713

"O səhvlər bu dəfə təkrarlanmayacaq"- Qurban Qurbanov


 

"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah baş tutacaq “Samtredia”yla oyun ərəfəsində mətbuat konfransı keçirib.“Azərsun Arena”nın konfrans zalında media mənsubları önünə çıxan mütəxəssis belə başlayıb: 



"Bizi vacib oyun gözləyir. Problemlərimiz olsa da, təcrübəmiz hesabına öhdəsindən gələ bilərik. Tam hazır olmasaq da, hədəfimizə doğru irəliləməyə çalışmalıyıq". 

 

- Yeni transferləri start heyətində görə biləcəyik?

- Yox, start heyətində olmayacaqlar. Bir qədər uyğunlaşmalıdılar. Hələ tezdi.

 

- Bəs Riçard Almeyda necə, oynaya biləcək?

- Dəqiq nəsə demək çətindi.  Almeydanın Gürcüstan çempionuyla görüşdə iştirakı sual altındadı.

 

- Yoldaşlıq oyunlarındakı məğlubiyyətlərdən sonra psixoloji cəhətdən komandanı hazırlaya bilmisinizmi?

- Belə hallarla çox qarşılaşmışıq. Komandamız təcrübəli futbolçulardan qurulub. Rəsmi matçda daha az səhvə yol verəcəyimizə ümid edirəm.

 

- Sabahkı oyuna tam hazırsız?

- Tam hazır deməzdim. İstədiyim oyunu bu gün tələb etməyim düzgün deyil. Amma toplanışdan bəri çox dəyişikliklər olub. Düşünürəm ki, Bakıda olduğumuz müddət pis alınmadı.

 

- Dani Kintananın durumu nə yerdədi?

- O, hələ bizimlə məşq etmir.

 

- İndiki “Samtredia” “Qəbələ”nin qarşılaşdığı “Samtredia”dan çox fərqlənir?

- Məncə, fərq çoxdu. Tam fərqli “Samtredia” görürük. Bu il oyun sistemlərində 3 dəfə dəyişiklik ediblər. Bu onu göstərir ki, hər an fərqli sistemlə oynaya bilərlər.

 

- “Transfer pəncərəsi” sizin üçün bağlanıb?

- Transferin mərhələ adlamaqla əlaqəsi yoxdu. Transfer etmək elə də asan deyil. Bəlkə də, bu il ən çox futbolçunun videoyazısına baxdığımız il oldu. Təəssüf ki, hər oyunçunu almaq olmur. Transfer məsələsi getdikcə çətinləşir. İstədiyimiz futbolçuları 5  gündən və ya 1 aydan sonra da ala bilərik.

 

- Azarkeşlərin oyuna marağı sizcə, necədi?

- Azarkeşlərin arasında olmamışam. Amma bir şeyi dəqiq deyə bilərəm ki, bizim oyunlarla maraqlanırlar. Kimin imkanı var stadionda olacaq, olmayan da bizimlə olacaq, qələbəmizi arzulayacaq.

 

- Sabah heyətlə bağlı problem olmayacaq?

- Təəssüf ki, heyətlə bağlı hər zaman problem olur. Bəzən hansısa futbolçu hazırlıqsız, bəzən də zədəli olur. Bunu aradan qaldırmağa çalışırıq. Hər bir futbolçu barədə düşünürük ki, kim nə qədər meydanda olsa, komandaya faydalı olar.

 

- Hazırlıq dönəmində nəticə önəmli olmasa da, 4 yoxlama görüşündəki məğlubiyyət sizə necə təsir göstərdi?

- Əslində, hər bir nəticə bizim üçün önəmlidi. Əgər məğlub olmuşuqsa, deməli, nəyisə səhv etməmişəm. Mən sizdən daha çox narahatam. Bu, belə də olmalıdı. Niyə belə arxayınam? Toplanışda buraxdığımız səhvləri tez aradan qaldırmaq mümkündü. Həmin texniki, epizodik səhvləri ilboyu edirik və onların qarşısını alırıq. Sadəcə, yoxlama görüşlərində daha çox özünü büruzə verdi. Düşünürəm ki, həmin səhvlər bu dəfə təkrarlanmayacaq.

 

- Gürcüstan komandaları, adətən hücumameyilli futbol sərgiləyirlər və müdafiədə səhvlər edirlər. Bunun üzərində çalışmısınızmı?

- Bu elə bir turnirdi ki, bütün komandalar çalışırlar ki, daha az səhv etsinlər. “Samtredia” bizə qarşı Gürcüstan çempionatındakı kimi oynamayacaq. 

 

- Avropa Liqasındakı komandalarımızı izləmisinizmi?

- Həm “İnter”, həm də “Zirə”nin oyunlarını izləmişəm. Çox yaxşı təsir bağışlayıblar. Komandalarımızın avrokuboklardakı uğurlu çıxışı indiki məqamda bizim üçün olduqca vacibdi. Onlara, o cümlədən “Qəbələ”yə uğurlar arzulayıram. “Qəbələ” II mərhələdən başlayacaq ki, bu da böyük üstünlükdü. Bu qələbələrlə azarkeşləri stadionlara cəlb edə bilərik.



Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

Facebookdan bizi izləməyi unutmayın.
X